Danilov: "Ukrayna üçün fundamental qərarlar veriləcək"
Tarix: 30-09-2022, 09:16 | Çap et


Milli Təhlükəsizlik və Müdafiə Şurası Ukrayna ilə bağlı fundamental qərarlar qəbul edəcək.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu sözləri NTA telekanalında “Böyük Lvov danışır” proqramının efirində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov deyib.

“Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası ilə yanaşı, prezident Ali Baş Komandanın qərargahını çağırır. Bundan sonra Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçiriləcək. İnanıram ki, ölkəmiz üçün hansı mühüm, fundamental qərarlar qəbul ediləcək. Sadəcə gözləmək qalır”, - deyə Danilov bildirib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinə Rusiya Federasiyasından Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin ərazilərinin ilhaqı ilə bağlı rəsmi açıqlama olacağı təqdirdə Ukraynanın reaksiyasının necə olacağı da soruşulub.

“Bu münasibətlə prezident Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırır. Əgər Rusiyada müəyyən qərarlar qəbul edilsə, ölkəmizin cavabı ani olacaq", - deyə Danilov vurğulayıb.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 30-da Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırır. Gündəlik və digər detallar açıqlanmayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net