Müharibəyə görə Ukraynanı 16 mindən çox müəllim tərk edib
Tarix: 24-09-2022, 10:28 | Çap et


Müharibəyə görə Ukraynanı 16 mindən çox müəllim tərk edib. Hazırda onlardan 13 min nəfəri ölkədən kənardadır.

APA xəbər verir ki, bunu Ukraynanın təhsil naziri Sergey Şkarlet Tvitterdə bildirib.

Nazir qeyd edib ki, dərs ili başlayandan 3500 müəllim vətənə qayıdaraq əmək fəaliyyətini davam etdirir. Hazırda tədris rejiminin təşkili məktəb direktorlarının səlahiyyətindədir. Əgər tədris onlayn və ya qarışıq rejimdə aparılırsa, ölkədə olmayan müəllimlər fəaliyyətini onlayn davam etdirir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net