Medvedev də nüvə silahından istifadə edə biləcəkləri ilə hədələyib
Tarix: 22-09-2022, 15:35 | Çap et


Rusiya öz müdafiəsi üçün istənilən silahdan, o cümlədən strateji nüvə silahlarından və yeni prinsiplərə əsaslanan silahlardan istifadə edə bilər.

Vertikal.az APA'ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev özünün “Telegram” kanalında dövlət başçısı Vladimir Putinin bir gün əvvəl vətəndaşlara xüsusi televiziya müraciətində elan etdiyi əsas qərarları şərh edərkən yazıb.

“Yeni birləşmiş bütün ərazilərin müdafiəsi Rusiya Silahlı Qüvvələri tərəfindən əhəmiyyətli dərəcədə gücləndiriləcək. Bu cür qorunma üçün təkcə səfərbərlik imkanları deyil, həm də Rusiyanın istənilən silahı, o cümlədən strateji nüvə silahları və yeni prinsiplərə əsaslanan silahlar istifadə oluna bilər”, - Medvedev bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net