Bayden Kraliça II Elizabetin dəfni üçün Londona gedib
Tarix: 18-09-2022, 10:04 | Çap et
Bayden Kraliça II Elizabetin dəfni üçün Londona gedib

ABŞ Prezidenti Cozef Bayden Kraliça II Elizabetin dəfn mərasimində iştirak etmək üçün Böyük Britaniyanın paytaxtına gedib.

Yerli KİV-in məlumatına görə, siyasətçini Londonun hava limanında ABŞ səfiri Ceyn Hartli qarşılayıb.

Bayden Londona səfəri zamanı Kraliça II Elizabetin vəfatı ilə bağlı rəsmi başsağlığı kitabını imzalayacaq və Kral III Karlın ev sahibliyi ilə Bukingem sarayında keçiriləcək ziyafətdə iştirak edəcək.

Bundan başqa, ABŞ prezidenti birinci xanım Cil Baydenlə birlikdə Kraliçanın Vestminster abbatlığında dəfn mərasimində iştirak edəcək.

Mənbə: CBS NEWS




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net