ABŞ-ın neft ehtiyatı kəskin azalıb
Tarix: 13-09-2022, 15:18 | Çap et
ABŞ-ın neft ehtiyatı kəskin azalıb

ABŞ-ın strateji neft ehtiyatları 434,1 milyon barelə qədər azalıb ki, bu da 1984-cü ildən bəri ən aşağı səviyyədir.

Bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, neft ehtiyatları son bir həftə ərzində 8,4 milyon barel azalıb.

ABŞ qlobal enerji bazarında qiymətləri cilovlamağa çalışaraq, strateji neft ehtiyatlarını gözlənildiyindən daha tez istifadə edir. Əgər Vaşinqton hazırkı satış tempini saxlamağa davam edərsə, ABŞ-ın milli ehtiyatı oktyabrın sonuna kimi 40 ilin minimum səviyyəsinə - 358 milyon barelə düşə bilər.

Bir il əvvəl Texas və Luiziana ştatlarında yerləşən strateji neft ehtiyatları 621 milyon barel olub.

Martın 31-də ABŞ Prezidenti Co Bayden ABŞ-ın altı ay ərzində strateji milli ehtiyatından gündəlik bir milyon barrel neft buraxacağını açıqlayıb.

Mənbə: Reuters




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net