Ukrayna üç günə "Bayraktar"la 26,5 milyon dollar dəyərində Rusiya hərbi texnikasını məhv edib
Tarix: 3-09-2022, 14:18 | Çap et


Ukrayna hərbi qüvvələri "Bayraktar" pilotsuz uçuş aparatları (PUA) ilə üç gün ərzində 26,5 milyon dollar dəyərində Rusiya hərbi texnikasını məhv edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Komandanı Valeri Zalujnı "Telegram"da məlumat verib.

"Üç gün ərzində - avqustun 31-dən sentyabrın 2-dək bir cüt Bayraktar TR-2 PUA -sı düşmənin təqribən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib. Bunlar 8 ədəd T-72 tankıdır (birinin təxmini dəyəri 3 milyon dollardır). Bir ədəd özüyeriyən artilleriya qurğusu "Akatsiya" (1,6 milyon dollar), piyadaların döyüş maşınları (0,6 milyon dollar) və haubitsa (0,3 milyon dollar)” - deyə Zalujnı bildirib.

Həmçinin 1,85 milyon dollar dəyərində beş T-72 tankı və bir BMP-nin zədələndiyi vurğulanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net