Ukrayna DİN döyüş əməliyyatlarında həlak olan və yaralanan mülki şəxslərin sayını açıqlayıb
Tarix: 3-09-2022, 09:04 | Çap et


Ukraynada müharibə zamanı həlak olanların sayı açıqlanıb.

APA-nın məlumatına görə, bunu daxili işlər nazirinin müavini Yevgeni Yenin telemarafonun efirində deyib.

Bildirilib ki, döyüş əməliyyatları başlayandan indiyədək 7 mindən çox dinc sakin atışma nəticəsində həlak olub, 5500 nəfər isə yaralanıb.

O bildirib ki, polis müharibə başlayandan indiyədək 22 min mərmi qeydə alıb.

“24 mindən çox mülki obyekt atəşə məruz qalıb. Vurğulamaq istəyirəm ki, bütün bunlar dinc sakinlərin həyatına son qoyur. Artıq bu müharibə zamanı həlak olan mülki əhalinin sayı 7 min nəfərə çatıb, daha 5500 mülki şəxs yaralanıb”, - deyə Yenin bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net