Argentinanın vitse-prezidentinə atəş açmaq istəyən şəxs saxlanılıb - VİDEO
Tarix: 2-09-2022, 09:27 | Çap et


Argentina polisi vitse-prezident Kristina Fernandes de Kirşnerə silah tuşlayan şəxsi həbs edib.

APA xəbər verir ki, bu barədə “Cinco Noticias” kanalı məlumat yayıb.

Hadisə Fernandes de Kirşner evinin qarşısında avtomobildən çıxarkən baş verib. Kadrlardan görünür ki, kütlənin içində dayanan kişi tapançanı vitse-prezidentin alnına dirəyir. O tətiyi çəksə də, silah açılmır.

Polis hadisəni törədən şəxsi həbs edib. Onun daha əvvəl odlu silah gəzdirdiyinə görə həbs edilmiş Braziliya vətəndaşı olduğu bildirilir.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net