ABŞ Rusiya və Çinə bəzi çiplərin satışını məhdudlaşdırır
Tarix: 1-09-2022, 09:10 | Çap et


ABŞ prezidenti Co Baydenin administrasiyası superkompüter və süni intellekt üçün istifadə edilən çiplərin Rusiya və Çinə satışına bir sıra məhdudiyyətlər qoyub.

APA-nın məlumatına görə, bu “The New York Times“ qəzeti yazıb.

İstehsalçılar bildiriblər ki, hökumət indi server sistemlərində istifadə olunan iki növ yüksək performanslı çipləri satmaq üçün ixrac lisenziyaları tələb edir.

Yeni tələbin Çin və Rusiyanın yarımkeçiricilərdən hərbi məqsədlər üçün istifadəsini məhdudlaşdıracağı gözlənilir.

Süni intellekt, öz növbəsində, videolarda üzləri müəyyən etmək üçün getdikcə daha çox istifadə olunur.

Hazırda Nvidia şirkəti Rusiya Federasiyası ilə işləmir, lakin Çin bazarına mal tədarük edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net