ABŞ Ukraynaya yeni hərbi yardım paketi barədə açıqlama verib
Tarix: 1-09-2022, 08:42 | Çap et


ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq.

APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz artıq Ukrayna Silahlı Qüvvələrinə 13 milyard dollardan çox hərbi yardım ayırmışıq. Biz bunu davam etdirəcəyik və yaxın günlərdə əlavə yardım barədə açıqlamalar veriləcək”,- deyə Kiribi bildirib.

Kirbinin sözlərinə görə, ABŞ ilk növbədə Kiyevi lazımi vəsaitlə təmin etmək və ona döyüş əməliyyatlarının uğurla aparılması üçün lazım olan məlumatları vermək istəyir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net