Ukrayna qüvvələri Rusiyanın 200-dən çox hərbçisini öldürüb
Tarix: 1-09-2022, 08:42 | Çap et


Ukrayna hərbçiləri ötən sutka ərzində cənub istiqamətində 201 Rusiya hərbçisini öldürüb.

APA xəbər verir ki, bu barədə Cənub Əməliyyat Komandanlığı “Facebook”da məlumat yayıb.

Bildirilib ki, Rusiyanın 12 “T-72” tankı və 18 zirehli texnikası, həmçinin altı sursat anbarını məhv edib.

Qeyd olunub ki, əməliyyat zonamızda vəziyyət ağır olaraq qalır.

Qarşı tərəfin bölmələrinin tərkibində və mövqeyində ciddi dəyişiklik baş verməyib.

Həmçinin, Ukraynanın raket və artilleriya bölmələri qarşı tərəfin pilotsuz uçuş aparatları, radiolokasiya stansiyaları, reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə sistemləri üçün idarəetmə məntəqələrinə zərbələr endirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net