Rusiya XİN: Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı paket həll razılaşdırılır
Tarix: 31-08-2022, 13:12 | Çap et
Rusiya XİN: Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı paket həll razılaşdırılır

Rusiya Azərbaycan və Ermənistanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı predmetli işi davam etdirir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli işçi qrupu çərçivəsində Azərbaycan və Ermənistanın suverenliyinə hörmət əsasında qurulacaq və bütün Cənubi Qafqazın təhlükəsizliyi və iqtisadi rifahına xidmət edəcək konkret marşrutlar üzrə paket həlli razılaşdırılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net