Ukrayna Ordusu Xerson istiqamətində əks-hücuma keçib
Tarix: 29-08-2022, 16:54 | Çap et


Ukrayna hərbi qüvvələri Xerson istiqamətində əks-hücuma keçib.

APA xəbər verir ki, bu barədə "Kiyev Independent" məlumat yayıb.

Məlumatda bildirilib ki, Ukrayna qüvvələri Xerson yaxınlığında Rusiyanın birinci müdafiə xəttini yarıblar.

"Əsas körpülərin əksəriyyəti yararsız hala salınaraq, müvəqqəti işğal altında olan Ukrayna bölgəsinə ağır Rusiya silahlarının çatdırılmasına imkan verilmir".

Ukraynanın "Cənub" operativ komandanlığının rəsmisi Natalya Qumenyuk da məlumatı təsdiqləyib.

"Biz bir neçə istiqamətdə hücum əməliyyatlarına başlamışıq və rəqibin birinci müdafiə xəttini yarmışıq. Təbii ki, həmin istiqamətlərin adını çəkməyəcəyik", o deyib.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net