"Rusiyanın daha 150 hərbçisi məhv edilib" - Ukrayna Baş Qərargahı
Tarix: 24-08-2022, 11:17 | Çap et
"Rusiyanın daha 150 hərbçisi məhv edilib" - Ukrayna Baş Qərargahı

"Ukraynada Rusiya ordusunun daha 150 hərbçisi məhv edilib".

VERTIKAL.AZ "Report"a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 45 700-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 924 tank, 4 243 zirehli döyüş maşını, 1036 artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 147 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 199 helikopter, 819 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 160 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net