Ərdoğan: “Odessa limanından taxıl gəmisinin yola düşməsi Türkiyənin diplomatik uğurudur”
“Rusiya və Ukrayna tərəflərinin bir araya gəlmək niyyəti olduğu halda, yenə vasitəçilik rolu oynayacağımza heç kimin şübhəsi olmasın”.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
O qeyd edib ki, bu gün Ukraynanın Odessa limanından taxıl gəmisinin yola düşməsi də Türkiyənin diplomatik uğurudur.