ABŞ-da Putinin tərəfdarları "peyda olub": Zelenski niyə tənqid olunur
Tarix: 29-07-2022, 12:10 | Çap et
ABŞ-da Putinin tərəfdarları "peyda olub": Zelenski niyə tənqid olunur

“National Review” jurnalının əməkdaşı Neyt Hoçman Ukrayna prezidenti Vladimir Zelenskini Amerikanın problemlərinə münasibətinə görə tənqid edib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, jurnalistin sözlərinə görə, hələ may ayında on amerikalıdan yeddisi inflyasiyanı ABŞ üçün “çox böyük problem” adlandırıb. İndi bu məsələ ictimaiyyət üçün ən aktual məsələdir.

“Ukrayna prezidenti Vladimir Zelenski yəqin ki, Amerika sorğularını oxumur, amma yəqin ki, inflyasiyanın bütün dünyada mövcud olan problem olduğunu bilir”,- deyən jurnalist bildirib ki, Zelenski jurnalist Pirs Morqana bu yaxınlarda verdiyi müsahibədə bunu “ikinci dərəcəli məsələ” adlandırıb.

Jurnalsitin sözlərinə görə, getdikcə daha çox amerikalı ölkələrinin Avropadakı münaqişəyə bu qədər pul xərcləməsindən narazılıq edəcəklər.

“Ukraynalılar üçün dolanmağa çalışan amerikalıların maliyyə problemləri heç nə kimi görünür və minlərlə kilometr uzaqda benzinin baha olması heç bir əhəmiyyət kəsb etmir”,- deyə o əlavə edib.

Eyni zamanda jurnalist qeyd edib ki, Ukrayna lideri hələ də ABŞ-ın xarici siyasətindən danışır və onun məntiqinə görə, amerikalılar inflyasiya və pandemiya maraqlanmamalıdır.

“Zelenskiyə hörmətlə yanaşaraq qeyd edim ki, ABŞ-ın xarici siyasətini müəyyən etmək onun üçün deyil. Məni köhnə fikirli adlandırın, amma mən inanıram ki, ABŞ-ın xarici siyasəti ilk növbədə Amerika xalqının maraqlarına xidmət etməlidir”,- deyə jurnlasit vurğulayıb.

Xatırladaq ki, ABŞ-da inflyasiya iyunda benzinin qiymətinin sıçrayışı və ərzaq məhsullarının bahalaşması səbəbindən son 40 ilin ən yüksək səviyyəsinə çatıb. İnflyasiya o deməkdir ki, Federal Ehtiyat Sistemi növbəti iclasında daha bir əhəmiyyətli faiz artımı edə bilər.

Ekspertlər ölkədə qazın qiymətinin aşağı düşməsinə də işarə edirlər ki, bu da avqustda inflyasiyanın səviyyəsini aşağı sala bilər.

Amerikada aparılan sorğunun nəticələrinə görə, amerikalıların 40 faizi hesab edir ki, inflyasiya ilə mübarizə bu il hökumətin əsas prioriteti olmalıdır.

ABŞ prezidenti Co Bayden əvvəllər qeyd edib ki, ölkə iqtisadiyyatı düzgün yoldadır və dövlət bundan “daha güclü və daha təhlükəsiz keçəcək”.

Qeyd edək ki, son vaxtlar Rusiyanın kəşfiyyat orqanları ABŞ və Avropada öz “agent” şəbəkəsini fəallaşdırıb. Bir müddət əvvəl Almaniayada da bir qrup “ziyalı” hökumətdən tələb etmişdi ki, Ukraynaya kömək etməsinlər. Rusiya kəşfiyyatı uzun illər ərzində dünyanın aparıcı media orqanlarının əməkdaşlarını də öz şəbəkəsinə cəlb edə bilib və onların vasitəsilə ABŞ və Avropada ictimai rəyə təzyiq edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net