Pilotsuz taksi ABŞ-ın ictimai yollarında sınaqdan keçiriləcək
Tarix: 20-07-2022, 16:15 | Çap et

“Amazon” korporasiyasına məxsus “Zoox” kompaniyası istehsal etdiyi pilotsuz taksini ABŞ-ın ictimai yollarda sınaqdan keçirmək niyyətindədir.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, kompaniya Kaliforniya yollarında pilotsuz elektrik avtomobilindən istifadə etmək üçün müvafiq orqanlara müraciət ünvanlayıb.

“Zoox” kompaniyasının həmtəsisçisi və baş mühəndisi Cessi Levison Frimont şəhərindəki zavodda on minlərlə avtomobil istehsal etməyə qadir olduqlarını deyib. O, həmçinin ABŞ iqtisadiyyatında mövcud tənəzzülün kompaniyanın işinə təsir göstərmədiyini və rəhbərliyin 2023-cü ilin əvvəlinədək işçi qüvvəsini 600 nəfər artıracağını bildirib.

Kompaniya elektriklə işləyən avtomobilini ilk dəfə 2020-ci ilin dekabrında ictimaiyyətə təqdim edib. Dörd sərnişin üçün nəzərdə tutulan VH6 pilotsuz elektrokarda sükan və pedallar yoxdur. Kompaniyanın məlumatına görə, süni intellektlə idarə olunan taksi saatda maksimum 120 kilometr sürətlə hərəkət edə və bir dəfə doldurulma ilə 16 saata qədər işləyə bilir.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net