Rusiyada pandemiya ilə bağlı qadağalar aradan götürülüb
Tarix: 1-07-2022, 12:05 | Çap et
Rusiyada pandemiya ilə bağlı qadağalar aradan götürülüb

Rusiyada pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər, o cümlədən maska rejimi və iaşə müəssisələrinin gecə işləməsi qadağası aradan qaldırılıb.

VERTIKAL.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat yayıb.

"Epidemioloji prosesin intensivliyinin davamlı azalması ilə əlaqədar Rospotrebnadzor əvvəllər tətbiq edilmiş məhdudiyyətləri, o cümlədən maska rejimi, iaşə obyektlərinin gecə işləməsi qadağası və bir sıra digər tədbirləri dayandırır", - deyə qurumun mətbuat xidmətinin məlumatında qeyd olunub.

Son dörd ayda Rusiyada COVID-19 epidemiyası prosesinin intensivliyində davamlı olaraq azalma müşahidə olunub. Həftəlik yoluxma səviyyəsi fevralın ortalarında maksimumdan 64 dəfədən çox azalıb və hazırda pandemiyanın başlanğıcından bəri ən aşağı səviyyədədir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net