Son on ildə Suriyada 300 mindən çox mülki şəxs qətlə yetirilib
Tarix: 28-06-2022, 14:12 | Çap et


2011-ci ilin martından bəri Suriyada 306 887 mülki şəxs qətlə yetirilib.

APA-nın “Reuter”ə istinadən xəbərinə görə, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet bildirib.
O, bu rəqəmin bu vaxtadək ən böyük təxmin olduğunu qeyd edib.

Mişel Baçelet əlavə edib ki, bunlar sadəcə birbaşa hərbi əməliyyatlar nəticəsində həyatını itirənlərdir və səhiyyə çatışmazlığından, qida və ya təmiz su qıtlığından ölənlər, eləcə də mülki olmayan itkilər bura daxil deyil.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net