Rusiyanın Yakutiya bölgəsində itən An-30 təyyarəsi tapılıb.
APA-nın Rusiya bürosu RBK-ya istinadən xəbər verir ki, ilkin məlumatda təyyarədəkilərin hamısının sağ olduğu bildirilib.
Axtarış-xilasetmə əməliyyatları zamanı An-30 təyyarəsi Olenek yaşayış məntəqəsindən 70 km aralıda aşkar edilib. Təyyarənin sərt eniş etdiyi bildirilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən RBK-ya verilən məlumata görə, göyərtədə olan insanların sağdır, lakin üç nəfərə həkimlərin köməyi lazım olub.