İtaliyada hökumətin siyasətinə qarşı mitinq keçirilib
Tarix: 19-06-2022, 11:46 | Çap et


İtaliyanın bir sıra şəhərlərində hakimiyyətin siyasətinə qarşı mitinqlər keçirilib.

APA xəbər verir ki, bu barədə "La Stampa" qəzeti məlumat yayıb.

“Sülh naminə” adlı mitinq Romanın mərkəzindəki Xalq Meydanında baş tutub.

Etirazçılar sülh, maaşların artırılması və ədalətli vergi tələb edirlər.

Yürüşün təşkilatçılarından biri olan Mauritsio Landini bildirib ki, hakimiyyət Ukraynadakı münaqişənin sona çatması üçün danışıqlara töhfə verməlidir.

Onun sözlərinə görə, İtaliya hakimiyyəti silah tədarükü və hərbi sektora maliyyənin artırılmasından çəkinməlidir.

İtaliyanın 20-dən çox böyük şəhərində, o cümlədən Milan, Turin, Neapol, Florensiyada keçirilən etiraz aksiyalarının təşkilatçıları arasında Kommunist Partiyası, parlamentdəki “Alternativ” fraksiyası, “Vahid İtaliya” siyasi təşkilatı da olub.

“Vahid İtaliya” partiyasının nümayəndəsi Amedeo Avondet bildirib ki, Turində etirazçıların tələbləri arasında NATO-dan çıxmaq və Rusiyaya qarşı sanksiyaları ləğv etmək çağırışı da var.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net