Aİ Rusiyaya qarşı yeddinci sanksiya paketini hazırlayır
Tarix: 4-06-2022, 21:35 | Çap et


Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeddinci sanksiya paketi üzərində işləyir.

APA xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski deyib.

Yablonski sanksiyaların Rusiya qazının ixracına yönəldiləcəyini bildirib.

“Rusiyanın “Qazprombank”ın hesabına hələ də sata biləcəyi qazı var. Bu ölkənin banklarının “SWIFT” beynəlxalaq sistemindən çıxarıldığı bir vaxtda düşünürəm ki, sanksiyaları daha da sərtləşdirməliyik”,- deyə Polşa xarici işlər nazirinin müavini bildirib.

Yablonskinin sözlərinə görə, bir çox ölkələr Rusiya ilə sərfəli ticarəti davam etdirmək üçün sanksiyalardan qaçmağın yollarını axtarır.

Bu da Aİ üçün problemə səbəb olub.

Məsələn, bir çox ölkələrin Moskvanın qaz tədarükünün rublla ödənilməsi şərtləri ilə razılaşması Polşanın maraqlarına uyğun gəlmir.

Xatırladaq ki, bir neçə gün bundan öncə Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini qəbul edib,




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net