Türkiyədə SAT imtahanı suallarını satmaqda şübhəli bilinən azərbaycanlılar saxlanılıb
Tarix: 16-05-2022, 12:57 | Çap et


Ankarada “Scholastic Aptitude Test” (SAT) imtahan suallarını 2-3 min dollar müqabilində satmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb, aralarında azərbaycanlılar da var.

APA NTV telekanalına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu 6 nəfəri şübhəli şəxs kimi saxlayıb.

Saxlanılanlar İran və Azərbaycan əsilli şəxslərdir.

Saxlanılan şəxslərin yaşadıqları ünvanlarda aparılan axtarış zamanı 18 SAT sual kitabçası və çox sayda elektron materiallar aşkarlanıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net