Fevralın 24-dən indiiyədək 6 milıyondan çox ukraynalı ölkəsini tərk edib.
APA-nın xəbərinə görə, bu statistika BMT-nin Cenevrə ofisinin yaydığı bəyanatda səslənib.
Bildirilib ki, son statistikaya görə digər ölkələrə sığınan ukraynalıların sayı 6 029 705 nəfərdir. Onların 90%-ni qadın və uşaqlar təşkil edir. 18-60 yaş arası kişilərin ölkədən çıxışına icazə verilmir.