Britaniya Ukraynanın NATO hərbi vasitələrinə çıxışının artırılmasına çağırıb
Tarix: 13-05-2022, 10:48 | Çap et

Liz Trass

Rusiyaya qarşı beynəlxalq sanksiyalar yalnız bütün qoşunlarını Ukraynadan çıxaracağı təqdirdə ləğv ediləcək.

APA-nın BBC-yə istinadən xəbərinə görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

Almaniyada keçirilən G7 xarici işlər nazirlərinin görüşündə iştirak edən nazir qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin onu işğalın bütün faydalarından məhrum edəcək və növbəti aqressiyalardan çəkindirəcək məğlubiyyətlə üzləşməlidir.

Liz Trass Vladimir Putinin dünya səviyyəsində özünü alçaltdığını deyib.

Britaniyalı nazir Ukraynanın NATO hərbi vasitələrinə çıxışının artırılmasına çağırıb.

G7 xarici işlər nazirlərinin cümə günü ukraynalı və moldovalı həmkarları ilə yenidən görüşəcəyi bildirilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net