Ukrayna MN Rusiyanın nüvə silahından istifadə edəcəyini proqnozlaşdırmır
Tarix: 15-04-2022, 19:57 | Çap et


Ukrayna Müdafiə Nazirliyi Rusiyanın nüvə silahından istifadə edə biləcəyini proqnozlaşdırmır.

APA-nın “Ukranews.com” saytına istinadən xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksanr Motuzyanik keçirdiyi brifinqdə deyib:
“Nüvə silahları Rusiyanın sonuncu üstünlüyüdür. Hələlik biz Rusiyanın bu silahlardan istifadə edə biləcəyinə dair heç bir əlamət görmürük. Kəşfiyyatımızda belə bir məlumat yoxdur”.

Aleksanr Motuzyanik əlavə edib ki, Ukraynanın məlumat mübadiləsi etdiyi xarici tərəfdaşları və xarici kəşfiyyat təşkilatları da bu məlumatı hələki təsdiqləməyib.

Bununla belə, o, vurğulayıb ki, Ukrayna bu cür neqativ presedentlər də daxil olmaqla vəziyyətin istənilən inkişafına hazır olmalıdır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net