ABŞ rəsmisi: “NATO-nun açıq qapı siyasətində dəyişiklik yoxdur”
Tarix: 15-04-2022, 08:41 | Çap et

ABŞ Rusiyanın Finlandiya və İsveçlə bağlı xəbərdarlıqlarına rəğmən NATO-nun açıq qapı siyasətini dəyişməyəcək.

APA-nın xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Rəsmi Moskvanın Finlandiya və İsveçin Alyansa mümkün üzvlüyü ilə bağlı suala cavabında Prays deyib: “Heç bir dəyişiklik yoxdur. NATO-nun aşıq qapı siyasəti açıq qapı siyasətidir. Kimin alyansa üzvlüyü məsələsini yanlız NATO həll edir” – deyə Prays bildirib.

Bununla belə, Dövlət Departamentinin sözçüsü bildirib ki, hər bir namizəd Alyans üzv olmaq üçün müəyyən tələblərə cavab verməlidir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net