Conson Baydeni Zelenski ilə görüşünün nəticələri barədə məlumatlandırıb
Tarix: 12-04-2022, 22:30 | Çap et

Böyük Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.


APA xəbər verir ki, bu barədə Britaniya Baş naziri "Twitter"də bildirib.

Boris Conson Ukrayna səfəri və Prezident Zelenski ilə görüşünün nəticələri barədə Co Baydeni məlumatlandırıb.

Britaniya Baş naziri qeyd edib ki, o və ABŞ lideri Ukrayna Prezidenti Zelenskini və Ukrayna xalqını azadlıq uğrunda apardığı mübarizədə dəstəkləyir.

“Putinin barbar təşəbbüsünün uğur qazanmasına imkan vermək olmaz”, - Boris Conson vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net