İlon Mask “Twitter”dəki mövqeyi ilə bağlı qərar verdi
Tarix: 12-04-2022, 11:59 | Çap et


Amerikalı sahibkar, “Tesla” və “Space X” şirkətlərinin rəhbəri, “Twitter” sosial şəbəkəsində pay alan İlon Mask Direktorlar Şurasına daxil olmaq fikrini dəyişib.

Bu barədə şirkətin direktoru Paraq Agraval özünün “Twitter” hesabından məlumat verib.

“İlon bizim Direktorlar Şurasında olmamaq qərarına gəldi”, - deyə o bildirib.

Maskın “Twitter”in rəhbərləri arasında olacağına dair məlumatlar sahibkarın sosial şəbəkənin səhmlərində pay aldığını elan etməsindən az sonra ortaya çıxmışdı.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net