Zelenski Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olan 7 ölkənin adını açıqlayıb
Tarix: 7-04-2022, 02:58 | Çap et


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin təhlükəsizliyinə zəmanə verəcək dövlətlərlə görüşdən sonra Rusiya ilə təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır.

APA-nın xəbərinə görə, dövlət başçısı bunu Habertürk kanalına müsahibəsində deyib.

“Hələlik Ukraynanın bu dövlətlərlə görüşü olmadığı üçün zəmanətin detalları və zəmanət verəcək ölkələr barədə ətraflı danışmaq mümkün deyil” – deyə Zelenski qeyd edib.

Prezident əlavə edib ki, rəsmi Kiyev bəzi ölkələri qarant rolunda görür. Bəzi ölkələr isə özləri qarant olmaq istəyir.

“Lakin bu görüş mütləq olacaq. Çünki zəmanət verən dövlətlərin nümayəndələri artıq bunu təsdiqləyib. Bura ABŞ, Türkiyə, Böyük Britaniya, Polşa, Almaniya, Fransa və İsrail daxildir. Buna görə də ilk növbədə zəmanət verən ölkələrin nümayəndələri, sonra isə Rusiya ilə görüşmək lazımdır” – deyə Zelenski əlavə edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net