NATO: Gördüklərimiz dəhşətlidir, münaqişənin Ukrayna sərhədlərini aşmasına icazə verməməliyik
Tarix: 5-04-2022, 17:15 | Çap et


“Bu, Putinin müharibəsidir. Müharibəyə, baş verən itkilərə, qəddarlıqlara görə Prezident Putin məsuliyyət daşıyır. Bizim məsuliyyətimiz isə ukraynalılara dəstək verməkdir”.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq deyib.
“Biz Prezident Putinə daha güclü təzyiq göstərməyə davam etməliyik, ona görə də biz tarixin doğru tərəfindəyik. Biz bölüşdüyümüz dəyərlər naminə ayağa qalxmışıq, biz Rusiyaya ağır iqtisadi sanksiyalar tətbiq edirik. Sabah NATO XİN başçılarının görüşündə də Ukraynaya daha necə dəstək verə bilməklə bağlı müzakirə aparacağıq. Ancaq eyni zamanda, NATO-nun digər bir məsuliyyəti var. Biz bu münaqişənin Ukrayna sərhədlərini aşmasına icazə verməməliyik. Çünki Ukraynada gördüklərimiz dəhşətlidir, ancaq əgər nüvə gücləri olan NATO və Rusiya üz-üzə gələrsə, tam müharibə başlayarsa, bu daha dəhşətli olar, daha çox tələfat olar, biz bütün bunları nəzərə alaraq çətin və ağrılı qərarlar verməyə məcburuq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net