Ukrayna Baş Qərargah: Rusiya Ordusu yenidən hücuma keçə bilər
Tarix: 4-04-2022, 11:29 | Çap et


Rusiya Ordusu bu günlərdə Ukraynanın şərqində, Severodonetsk istiqamətində hücuma keçə bilər.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının operativ məlumatında deyilir.

Baş Qərargah Donetsk və Tavrida istiqamətlərində qarşı tərəfin əsas səylərini yaşayış məntəqələrini ələ keçirməyə yönəltdiyini qeyd edib.

Bundan əlavə, Rusiya Ordusu yaxın günlərdə Severodonetsk və Bolşaya Novoselka istiqamətində yeni hücuma hazırlaşır.

“Düşmən aviasiya və artilleriya qüvvələrinin dəstəyi ilə Mariupola hücumunu davam etdirir”, - deyə Baş Qərargahın məlumatında deyilir.

Polesye istiqamətində Rusiya Ordusu yenidən qruplaşmanı və ayrı-ayrı hissələrin Belarusdan Rusiya Federasiyasına yeridilməsi üçün hazırlığını tamamlayır.

Mövcud məlumata görə, Rusiya Ordusunun hava-desant qoşunlarının ayrı-ayrı bölmələri hərbi-nəqliyyat təyyarələri ilə Belqorod şəhərinə köçürülür.

Ukrayna Silahlı Qüvvələrinin irəliləyişini ləngitmək üçün Rusiya Ordusunun nəinki əvvəllər ələ keçirilmiş mövqeləri və relyef ərazilərini, həm də irəliləmə yollarını kütləvi şəkildə xaotik minaladığı bildirilir.

Slobojanski istiqamətində Rusiya Ordusunun Xarkovu mühasirəyə almağa davam etdiyi, şəhərin yaşayış məntəqələrinə artilleriya zərbələri endirdiyi və qoşunları yenidən qruplaşdırmağa çalışdığı qeyd edilir.

İzyum istiqamətində Rusiya Ordusu yenidən hücuma keçməyə cəhd etdiyi amma bunun uğursuz başa çatdığı qeyd edilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net