Putinin xərçəng olması xəbəri yayıldı – Kremldən AÇIQLAMA
Tarix: 1-04-2022, 14:45 | Çap et
Putinin xərçəng olması xəbəri yayıldı – Kremldən AÇIQLAMA
Rusiya prezidenti Vladimir Putinin qalxanabənzər vəzi xərçənginə tutulması və onkoloji xəstəliklərlə bağlı əməliyyatlar keçirməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Vertikal.az Lent.az-a istinadla bildirir ki, bir sıra KİV-lərdə yer alan müvafiq xəbərləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov təkzib edib.

Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, bu cür açıqlamalar “uydurma və yalandır”.

“Exo Moskvı”nın keçmiş baş redaktoru Aleksey Venediktovun öz Telegram kanalında “Vladimir Putinin xərçəng olmadığını düzgün başa düşürəmmi?” sualına Peskov belə cavab verib: “Doğrudur”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net