Kreml: Yaz hərbi çağırışının Ukraynadakı xüsusi əməliyyatla heç bir əlaqəsi yoxdur
Yaz hərbi çağırışının Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə heç bir əlaqəsi yoxdur. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinəm görə, çağırışçılar heç bir şəkildə Ukraynadakı xüsusi hərbi əməliyyata cəlb edilmir.
Kremlin sözçüsü çağırışçıların Ukraynaya göndərilmədiyini və hərbi əməliyyatalara heç cür cəlb olunmadıqlarını söyləyib.
Qeyd edək ki, martım 31-də Rusiya prezidenti Vladimir Putin yaz hərbi çağırışı haqqında fərman imzalayıb. Fərmana əsasən, 134,5 min çağırışçı Rusiya Silahlı Qüvvələrində xidmətə yollanacaq.