Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumu açıqlayıb
Tarix: 30-03-2022, 12:01 | Çap et
Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumu açıqlayıb

“Ukrayna xalqı Rusiyanın hərbi müdaxiləsinə 35 gündür müqavimət göstərir”. DİA.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yayılan əməliyyat məlumatında bildirilib.

“Rusiya Silahlı Qüvvələri Cənubi Gürcüstanın Cənubi Osetiyada yerləşdirdiyi 4-cü və Abxaziyada yerləşdirdiyi 7-ci hərbi bazasını Ukraynaya köçürüb.

4-cü bazadan Ukraynaya 3 zirehli texnika, bir osetin və 1 200 rusiyalı əsgər, 7-ci bazadan isə 2 zirehli texnika, 800-ə yaxın əsgər göndərilib.

Zaporojya və Xerson vilayələtində düşmən yerli sakinlərə qarşı qanunazidd əməllərini davam etdirir.

Müvəqqəti işğal altında olan ərazilərdə ukraynayönlü sakinlər, Ukraynanın dövlət məmurları qarət olunur, saxlanılır. Bu il aprelin 1-dən işğal altında olan Luqansk vilayətində növbəti hərbi səfərbərlik başlayacaq.

Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin toplanması ilə bağlı problem qalmaqdadır. Rusiyanın 47-ci tank divizyasının, 26-cı tank alayının hərbçiləri Ukrayna ilə müharibədə iştirak etdikdən sonra müqaviləyə xitam verərək, sonrakı xidməti daimi yerləşdikləri hərbi hissəyə göndərilmələri tələbi ilə ərizələr verməyə başlayıblar.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 tankı, 7 zirehli texnikası, 2 avtomobili və tankəleyhinə silahı məhv edilib. Rəqib çoxlu sayda canlı qüvvə itirib”, - məlumatda bildirilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net