“Rossiya” aviaşirkəti təyyarələrini yerli reyestrə daxil edib
Tarix: 30-03-2022, 09:43 | Çap et


“Rossiya” aviaşirkəti inventarında olan 125 təyyarəni yerli reyestrə daxil etdirib.

APA-nın xəbərinə görə, bu barədə şirkətdən bildirilib.
Qeyd edilib ki, istismar olunan bütün təyyarələr Rusiyanın yurisdiksiyasına keçirilib. Sənədləşmə Rusiya qanunvericiliyinə uyğun aparılıb. Rusiya sertifikatının alınması təyyarələrin fasiləsiz istismarına imkan verəcək.

Şirkətin balansında “Airbus” və “Boeing” tipli təyyarələr üstünlük təşkil edir. Bununla belə, xarici uçuşlar zamanı riski azaltmaq üçün yerli istehsal olan “Sukhoy Superjet-100” təyyarələrindən istifadə ediləcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net