Latviya, Litva və Estoniya səfirləri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə diplomatik mənbə bildirib.
“Baltikyanı ölkələrin səfirləri diplomatlarının ölkədən çıxarılması qərarı ilə əlaqədar Moskva vaxtı ilə saat 12:00-da Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”, - mənbə qeyd edib