Britaniya kəşfiyyatı: Rusiya qüvvələri Ukraynada şəhər döyüşlərindən çəkinir
Tarix: 26-03-2022, 11:12 | Çap et


Rusiya Ukraynanın bir sıra iri şəhərlərini, o cümlədən Xarkov, Çerniqov və Mariupolun mühasirəsini davam etdirir.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya qüvvələri genişmiqyaslı şəhər döyüşlərindən iştirak etməkdən çəkinir, əksinə, Ukraynanın müdafiə qüvvələrini ruhdan salmaq üçün mülki infrastrukturlara fərq qoymadan hava və artilleriya zərbələrindən istifadə etməyə üstünlük verir.
"Çox güman ki, Rusiya şəhər ərazilərində ağır atəş gücündən istifadə etməyə davam edəcək. Bununla o daha çox mülki insanın ölümü bahasına özünün çoxsaylı itkilərini məhdudlaşdırmaq istəyir", məlumatda qeyd olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net