Putin Çubaysın istefasına niyə reaksiya vermir?
Tarix: 24-03-2022, 14:20 | Çap et


Kremlin mətbuat katibi Rusiya Prezidenti Vladimir Putinin özünün xüsusi nümayəndəsi Anatoli Çubaysın istefasına niyə reaksiya vermədiyinin səbəbini açıqlayıb.

“Çətin ki, o necəsə reaksiya versin. O, (Anatoli Çubays) müntəzəm əməkdaş deyildi axı, ictimai əsaslarla çalışırdı”, - deyən Dmitri Peskov təsdiq edib ki, Çubays maaş almırmış.

Çubaysın Ukraynadakı hərbi əməliyyatlarla razı olmadığına görə vəzifəsini tərk etməsi ilə bağlı suala cavabında isə Peskov Kremlin bu barədə məlumatsız olduğunu deyib.

RBK




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net