Polşa Rusiya səfirliyinin bank hesablarını bloklayıb
Tarix: 24-03-2022, 14:13 | Çap et


Polşa terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması bəhanəsi ilə Rusiya səfirliyinin bank hesablarını bloklayıb.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev bildirib.

Səfirin sözlərinə görə, Polşa hökumətinin bu addımı Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına ziddir.

"Yəqin ki, hər bir sağlam düşüncəli insana aydındır ki, diplomatik nümayəndəliklə bağlı ittihamlar absurddan da artıqdır, hətta Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının birbaşa və açıq-aşkar pozulması faktını nəzərə almasaq belə", - Andreyev əlavə edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net