Zelenski Abramoviçin ABŞ-ın sanksiyalar siyahısından çıxarılmasını istəyib
Tarix: 23-03-2022, 21:35 | Çap et
Zelenski Abramoviçin ABŞ-ın sanksiyalar siyahısından çıxarılmasını istəyib

Rusiyalı iş adamı Roman Abramoviç Ukrayna prezidenti Volodimir Zelenskinin şəxsi xahişi ilə ABŞ-ın sanksiya siyahısına daxil edilməyib.

Bu barədə məlumatlı mənbələrə istinadən “Wall Street Journal” xəbər yayıb.

Nəşr bildirir ki, 2022-ci il martın əvvəlində ABŞ Maliyyə Nazirliyində Roman Abramoviçə qarşı sanksiyalar paketi hazırlanıb. Lakin biznesmen Aİ-nin sanksiya siyahısında olsa da, ABŞ tərəfindən ona qarşı sanksiyalar açıqlanmayıb.

Məlumata görə, Abramoviçə qarşı sanksiyalardan çəkinmək göstərişi Ağ Evin Milli Təhlükəsizlik Şurasından gəlib. Nəşrin yazdığına görə, buna səbəb Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub. Ukrayna dövlət başçısı amerikalı həmkarından Abramoviçə qarşı sanksiyaları dayandırmağı xahiş edib. O, bildirib ki, iş adamı Rusiya ilə danışıqlarda vasitəçi kimi faydalı ola bilər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net