Ukrayna Prezidenti Volodimir Zelenski Fransa parlamentinin yuxarı palatası olan Senatda çıxış edib.
APA-nın “Figaro”ya istinadla xəbərinə görə, çıxış 10 dəqiqə davam edib və sinxron tərcümə olunub.
Ukrayna rəhbəri çıxışının əvvəlində həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini istəyib. Sonra o, Mariupol şəhərini Birinci dünya müharibəsi zamanı dağıdılmış Verdenlə müqayisə edib. Çıxışın sonunda Zelenski Avropadan Ukraynaya əlavə silah verilməsini və Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini istəyib.