Müharibə başlayandan Rusiya ordusu Ukraynada 58 təcili tibbi yardım maşınını atəşə tutub, 6 həkimi qətlə yetirib.
APA-nın xəbərinə görə, bunu Ukrayna səhiyyə naziri Viktar Liaşko “Facebook” paylaşımında qeyd edib. Nazir bildirib ki, bu gün səhiyyə işçilərinə gülləkeçirməz jiletlərin ilk partiyası paylanılıb.
“Müharibə hər şeyi dəyişdi: planları, prioritetləri,düşüncələri. Mən heç vaxt səhiyyə işçilərimizə gülləkeçirməz jiletlər paylayacağımızı təsəvvür etməzdim”, - deyə səhiyyə naziri qeyd edib.