Avropa ölkəsi koronavirus pasportunu ləğv edir
Tarix: 21-03-2022, 16:02 | Çap et
Avropa ölkəsi koronavirus pasportunu ləğv edir

Bolqarıstan bu gündən etibarən ictimai yerlərdə tələb edilən COVID-19 pasportlarını ləğv edib.

Avropa ölkəsinin Səhiyyə Nazirliyinin müvafiq əmri qüvvəyə minib.

Bundan əlavə, ölkədə ali təhsil müəssisələri öz işini tam bərpa edir, lakin yenə də dərslərin keçirildiyi binaları mütəmadi olaraq havalandırmaq və dezinfeksiya etmək lazımdır.

Tələbə və müəllimlərdən qoruyucu maskalar taxmaq tələb olunur.

Martın sonunda isə ölkədə məktəblilər üçün məcburi koronavirus testinin ləğvi planlaşdırılır.

TASS




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net