Britaniya kəşfiyyatı: Rusiya Ordusu Ukraynada ciddi çətinliklərlə üzləşib
Tarix: 16-03-2022, 12:11 | Çap et
Britaniya kəşfiyyatı: Rusiya Ordusu Ukraynada ciddi çətinliklərlə üzləşib

Rusiya qüvvələri Ukrayna ərazisinin yaratdığı çətinliklərin öhdəsindən gəlmək üçün mübarizə aparır.

APA-nın xəbərinə görə, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.
Məlumatında bildirilib ki, Rusiya qüvvələri Ukraynanın yol şəbəkəsinin törətdiyi çətinliklərlə əlaqədar hərəkətsiz qalıb və qüvvələr manevr etməklə bağlı istəksizlik nümayiş etdirir. "Ukrayna qüvvələri tərəfindən körpülərin dağıdılması da Rusiyanın irəliləyişinin dayandırılmasında mühüm rol oynayıb".

"Rusiyanın havaya nəzarəti ələ keçirmək istiqamətində davam edən uğursuzluğu onların hava manevrindən səmərəli istifadə etmək qabiliyyətini və seçimlərini daha da məhdudlaşdırıb.
Ukrayna Silahlı Qüvvələrinin taktikası Rusiyanın manevr edə bilməməyindən məharətlə istifadə edərək, Rusiyanın irəliləməsini qarşısını alır və işğalçı qüvvələr ağır itkilər verir".




Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net