ABŞ Senatı Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnamə qəbul edib
Tarix: 16-03-2022, 12:07 | Çap et
ABŞ Senatı Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnamə qəbul edib

ABŞ Senatı ötən gün Rusiyanın Ukraynaya qarşı hərəkətlərini qınayan qətnaməni yekdilliklə qəbul edib.

APA TASS-a istinadən xəbər verir ki, sənəddə Rusiya rəhbərliyinin Ukrayna ərazisində törədilmiş hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi tələb olunur.

İclas Senatın internet saytında yayımlanıb.

Senatorların qəbul etdiyi qətnamədə Rusiya Federasiyasının, Prezident Vladimir Putinin, Rusiya Təhlükəsizlik Şurasının üzvlərinin, Rusiya Silahlı Qüvvələrinin və Rusiyanın yüksək rütbəli zabitlərinin bəşəriyyətə qarşı cinayətlər və Ukrayna xalqı və digər xalqlara qarşı hərbi cinayətlər səviyyəsinə çatan aqressiya və digər amansızlıq aktlarının pislənilməsi yer alıb.

Bundan əlavə, ABŞ Senatı üzv dövlətləri Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsindən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərlə bağlı bütün gözlənilən istintaqlara baxılmasını tələb etməyə çağırıb.

Senat həmçinin ABŞ hökumətini və tərəfdaş ölkələri davam edən zorakılığa verdikləri dəstəyə görə Rusiya Federasiyasının liderlərini məsuliyyətə cəlb etmək üçün üzv olduqları beynəlxalq qurumlarda təsir imkanlarından istifadə etməyə çağırıb.

Qətnamənin müəllifi respublikaçı senator Lindsey Qrahamdır.

Sənəd məcburi xarakter daşımır.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net