Rusiyadan Azərbaycana keçə bilməyən 700 vətəndaşın taleyi necə olacaq? - AÇIQLAMA
Tarix: 16-03-2022, 10:31 | Çap et
Rusiyadan Azərbaycana keçə bilməyən 700 vətəndaşın taleyi necə olacaq? - AÇIQLAMA

"Sərhədlərdə qalan və əlində Azərbaycan pasportu olan vətəndaşların ölkəyə girişi mütləq təmin olunmalıdır. Bunun başqa alternativi yoxdur”. DİA.AZ xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli son günlər Rusiyadan quru yolla ölkəyə gələrkən Dağıstan Respublikası sərhədindən keçə bilməyən 700 nəfər azərbaycanlının taleyindən danışarkən deyib.

Ekspert bildirib ki, Azərbaycan dövlət olaraq hər bir vətəndaşına sahib çıxmalıdır:

"Ola bilməz ki, Azərbaycan vətəndaşı öz ölkəsinə gəlmək istəsin, amma hansısa bir səbəbdən ölkəyə buraxılmasın. Biz bunun dünyada da analoqlarını görürük. Ölkələr öz vətəndaşlarını təxliyyə etmək üçün başqa-başqa ölkələrə uçaqlar göndərirlər. Necə ola bilər ki, əlində Azərbaycan pasportu olan şəxs ölkəsinin sərhədini keçib vətəninə gələ bilməsin. Bu, doğru yanaşma deyil. Azərvaycan hökuməti bu vəziyyətdə Nazirlər Kabineti yanında böhran masası təşkil etməlidir. Həmin masada həm Ukraynadan, həm də Rusiyadan gələn vətəndaşların ölkəyə normal girişini təmin etməli və problemlərini aradan qaldırmalıdır”.

İqtisadçı hesab edir ki, əgər belə bir masa yoxdursa, deməli, dövlət öz vətəndaşlarının konistitsion hüquqlarını qorumur:

"Bu, normal yanaşma deyil. Bu, Azərbaycanın özünün imicinə ciddi mənfi təsir göstərə bilər. Öna görə də düşünürəm ki, bu məsələ tezliklə həllini tapmalıdır. Rusiya ilə hava yolu bağlıdr. Bu aydındır və başadüşüləndir, müxtəlif təhlükəsizlik tədbirləri ilə əlaqədardır. Belə bir vəziyyətdə quru sərhədin onların üzünə bağlı olması anlaşılan deyil”.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net