Stoltenberq: "Rusiya Ukraynaya qarşı kimyəvi silahdan istifadə edə bilər"
Tarix: 15-03-2022, 20:33 | Çap et
Stoltenberq: "Rusiya Ukraynaya qarşı kimyəvi silahdan istifadə edə bilər"

Vertikal.az:"Rusiya Ukraynaya qarşı kimyəvi silahdan istifadə edə bilər".

"Report" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın hərbi idarələrinin rəhbərlərinin Brüsseldə fövqəladə iclası ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

Stoltenberq deyib ki, Rusiya Ukraynaya qarşı kimyəvi silahdan istifadəyə görə əvəzini ödəyəcək. Bununla belə, baş katib bunun qarşısını almaq üçün konkret addımlar barədə cavab verməkdən imtina edib.

Bundan əvvəl Polşa Prezidenti Anjey Duda bildirib ki, Rusiyanın kimyəvi silahdan istifadə etməsi NATO-nu oyun qaydalarını dəyişməyə məcbur edəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net