Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Danışıqlar zamanı Ukraynada baş verən son hadisələr müzakirə olunub.
Bundan əvvəl Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə də Ukraynadakı vəziyyəti müzakirə edib.