Ukraynada rusların elit döyüşçüsü məhv edildi
Tarix: 11-03-2022, 12:25 | Çap et
Ukraynada rusların elit döyüşçüsü məhv edildi
Ukrayna mediası daha bir tanınmış rus zabitinin öldürülməsi barədə məlumat yayıb. Vertikal.az AzVision.az-a istinadla xəbər verir ki, saytlar hərbçinin həlak olması barədə məlumatların Rusiya mətbuatında da işıqlandırıldığını yazıblar.
- Ukrayna Silahlı Qüvvələri Rusiya işğalçı ordusunun zabiti Vyaçeslav Maklaqini məhv edib. Bu terrorçu rusların Suriyadakı “əməliyyatlarında” da iştirak edib. İşğalçının ölümü ilə bağlı məlumatlar artıq Rusiya mətbuatında da yer alıb. Maklaqinin 29 yaşı var idi. Putin ölümündən sonra onu “İgidliyə görə” ordeni ilə təltif edib. Terrorçunun cənazəsi Rostov vilayətinə çatdırılaraq dəfn edilib.

Vyaçeslav Maklaqin 1993-cü ildə Novoşaxtinskdə anadan olub. Orta məktəbi bitirdikdən sonra Cənubi Rusiya Dövlət Texniki Universitetinə daxil olub. O, ixtisasca proqramçı və naviqator idi. Uzaq Şərqdə xidmət aparıb və Suriyada xüsusi əməliyyatlarda iştirak edib, - məqalədə yazılıb.

Xatırladaq ki, Ukrayna mediası bundan öncə iki rus generalı və bir neçə "vaqnerçi"nin öldürülməsi barədə məlumat yaymşdı




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net